5 Aprel 2021 18:28
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam Azərbaycanda gizli toy mərasimlərinin keçirildiyini iddia edib: "Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur. Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli, ya da qarşısı alınmalıdır. Və mən hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən, dostum, tanışım, hətta toyumuza gələnlər belə gizli toylarına dəvət etməsinlər. Mən qayda-qanun adamıyam və getdiyim məclislərdə rahat olmalıyam, məni başa düşün".

Müğənni daha çox rəy bölümündə hər gün toya dəvət edildiyini də açıqlayıb.

Qeyd edək ki, pandemiyaya görə ölkəmizdə toy mərasimlərinin keçirilməsi qadağan edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər