Müğənni Səidə Sultan MTV Azərbaycan kanalında qalmaqallı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Səidə Sultan xalq artisti Röya Ayxanın ünvanına xoşagəlməz ifadələr səsləndirib: "Nə olsun ki, xalq artistisən. Səhnəyə əlindən tutub, gətirənlər olub. Mənim əlimdən tutan olmayıb".
Müğənni "W-Trio"nun keçmiş üzvləri Natavan Həbibi, Elnarə Xəlilova və Röya Ayxanla bağlı daha sonra bu fikirləri səsləndirib:
"Mənim adım çəkiləndə özlərini qəribə göstərirlər, sanki üzüklərinin qaşı düşər. Bunların üçü də hələ qərara gələ bilməyiblər ki, məni bu sənətə kim gətirib?! Ay qızlar, ay xalalar, ay bacılar, ay analar, məni siz səhnəyə gətirməmisiniz! Ayılın. Cığırı açan Allahdır, mən öz gücümə Səidə Sultan olmuşam.
Biri var, ana qarğa... Mən həyatda özündən razı insanları sevmirəm. Gözüm aydın xalq artisən, mən də sultanam. Özünüzə gəlin".