Uzun müddətdir “qaçış sindromu”dan əziyyət çəkən Türkiyənin məşhur aparıcısı Mehmet Ali Erbilin yeni sevgilisi məlum olub.
Teleqraf.com xəbər verir ki, bir müddətdir aparıcının izmirli iş qadını Funda Aksu ilə sevgili olduğu iddia edilirdi.
Məşhur şoumen İnstaqram hesabındakı profilinə Funda Aksu ilə birlikdə şəklini qoyaraq sevgi iddialarını təsdiqləyib.
Jurnalistlərin “Qızlar səni buraxmırlar. Yenidən evlənməyi düşünürsüz” sualına, Erbil “Hazırda belə bir şey yoxdur. Sadəcə İnstaqramda gəzirəm” deyə, cavab verib.
Qeyd edək ki, normal həyatdan məhrum olan 64 yaşlı sənətçinin xəstəliyinə tibdə nadir hallarda rast gəlinir. "Qaçış sindromu” damarlarda həddən artıq genişlənmə, böyümə və ya kiçilmə ilə müşayiət olunur və bu zaman damarların xaricinə protein, mineral və maye keçir.