17 İyun 2021 14:39
2 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Jan Klod Van Damm oğlu Kris Van Damm ilə azərbaycanlı musiqiçi Suada Hacızadənin nikah mərasimində iştirak edib.

Teleqraf.com xəbər verir ki, nikah mərasimindən fotolar sosial şəbəkədə yayılıb.

Fotoda diqqət çəkən məqam mərasimdə Azərbaycan və Türkiyə bayraqlarının yanaşı qoyulmasıdır.

Əldə etdiyimiz məlumata görə, nikah mərasimi Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.



Müəllif: Rəqsanə Həsənova