Əməkdar artist Nigar Şabanovanın XTQ giziri Vüqar Məsmalıyevdən ayrılması, nişanı qaytarması ilə bağlı iddia yayılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Nigar Şabanovanın İnsatqramda bu sözləri yazması olub:
"Sizi üzən, dar gününüzdə dəstək olmayıb, əksinə göz yaşı bəxş edən kim varsa, ətrafınızdan, həyatınızdan rədd edin. Bu dünyaya bir daha gəlməyəcəksiniz. Heç kim üçün həyatınızı məhv etməyə dəyməz. İnsan övladı buna layiq deyil. Sizə sevən, sizə dəyər verənlə nəfəs alın. Sizə göz yaşı bəxş edən deyil, gözünüzün yaşını silənin əlindən tutun. Artıq çətin günümüzdə sığınacağımız insanlar yoxdur. Allaha sığınaq".
Muğam ifaçısı açıqlamasında deyib ki, nişanı qaytarmayıb: "Statusun şəxsi həyatıma aiddiyatı yoxdur. Nişanı qaytarmamışam".
Qeyd edək ki, Nigar Şabanovanın yaxın günlərdə də nişanı qaytarması haqqında xəbərlər yayılmışdı. Əməkdar artist bir dəfə evli olub.