6 Noyabr 2014 10:05
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Forbes" jurnalı "İlin ən varlı müğənnisi" sorğusunu keçirdib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, sorğunun nəticələrini əsasən ən çox qazanan müğənni siyahısına Beyons başçılıq edib. O, 2014-cü ildə 115 milyon dollar qazanıb. İfaçının bu pulu yeni çıxan albomundan və dünya turnesindəki konsertlərindən əldə etdiyi ehtimal olunur. Beyons eyni zamanda bir neçə tanınmış brendin siması seçilib.

2. Siyahının ikinci pilləsində məşhur ulduz Teylor Svfit dayanır. O, 64 milyon dollar gəlir əldə edib.

3. Üçüncü yerdə 52 milyon dollar qazancla müğənni Pink dayanıb. İfaçı bu pulları konsertlərindəki bilet satışlarından əldə edib.

4. "İlin ən varlı müğənnisi" siyahısınındördüncüsü Rihanna olub. O, son bir ildə 48 milyon dollar qazana bilib.

5. Müğənni Keti Perri isə 40 milyon dollar qazanaraq siyahının beşincisi olub.

6.Dünya ulduzu Cennifer Lopes bir il ərzində 37 milyon dollar qazanıb. Bu da onu siyahıda altıncı edib.

7.Müğənni Mayru Sayrus bu il 36 milyon dollar əldə edib və yeddinci olub.

8. Müğənni Selin Dion da bu il 36 milyon dollar əldə edə bilib.

9. Qeyri-adi geyimləri ilə hər zaman diqqət mərkəzində olan müğənni Ledi Qaqa 1 il ərzində 33 milyon dollar qazana bilib.

10. Müğənni Britni Spirs isə ən az qazanan olub: 20 milyon dollar.

Rüstəm


Müəllif: