Rejissor Aqil M. Quliyev MTV Azərbaycan kanalında yayımlanan "Ziq-Zaq" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aqil M. Quliyev şəxsi həyatından danışıb:
"Hazırda həyatımda heç kim yoxdur, ayrıldım. Bizim münasibətimizin bitməsinə səbəb xəyanət olmadı. Pandemiyaya görə bir il görüşə bilmədik. Münasibətimiz üç il yarım davam etdi, alınmadı".
Rejissor ilk evliliyindən də danışıb: "İlk və yeganə nikahımdan bir qızım var. Moskvada yaşayır və orada Moskva Energetika İnstitutunda dərs deyir. Onun 29 yaşı var, münasinətimiz ata və qızı kimi yox, iki müstəqil şəxsiyyətin münasibətidir. Hər ikimiz soyuqqanlı insanıq. 10-11 yaşından o, Rusiyada müstəqil böyüyüb".
Aqil M.Quliyev artıq çəki itirməsi ilə də diqqət çəkib: "Kök olduğuma görə, çox böyük kompleks yaşayırdım. Efirə getmirdim. Dörd ilə arıqladım, 120 kilodan 77 kiloya düşdüm".