Müğənni Şəbnəm Tovuzlu “Sevdiyimin şəhəri başqadır” mahnısına çəkilən klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, müğənninin yeni işi yutub kanalında yerləşdirilib.
Şəbnəm Tovuzlu bildirib ki, yeni mahnısının yayın hiti olacağına inanır: “Mahnı ilk dinlədiyim anda ürəyimə yatdı. Sonra bəstəni kliplə təqdim etmək qərarına gəldim. Tam yay ab-havalı mahnıdır. Sevənlərimin ürəyincə olacağını düşünürəm”.
Qeyd edək ki, bəstənin sözləri və musiqisi Tural Sədalıya məxsusdur. Aranjimanı İsmayıl Əlizadə edib. Bəstəyə Şahanə Ayazqızı ekran həyatı verib.