"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucovun keçmiş həyat yoldaşı İlahə sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, İlahə İnstaqramda hekayə bölümündə şəbəkə izləyicilərinin suallarını cavablandırıb.
O, "Həyatda yenidən yaşamaq şansı verilsəydi, nəyi dəyişərdiniz?" sualına "Həyatda yenidən yaşamaq şansını və heç nəyi dəyişmək istəmirəm", - deyə cavab verib.
İlahə xanım "Unudub bağışlamaq yoxsa əvəzini çıxmaq?" sulına isə "Baxır nəyə?", - deyib.
Qeyd edək ki, 2018-ci ildə evlənən cütlük yaxın günlərdə boşanıblar. Cütlüyün bir övladı var. İlahə İTV kanalında çalışır.