Əməkdar artist Lalə Məmmədova Xəzər televiziyasında yayımlanan "Səhər Mərkəzi" verilişində qonaq olub.
Teleqraf.com-un xəbərinə görə, aparıcının "Ailəniz xəyanətə görə dağılıb?" sualına Lalə Məmmədova "Xeyr", - deyə cavab verib.
Lalə Məmmədova qızlarının ataları ilə bir yerdə qalmasından danışıb: "Çox yaxşı qarşılayaram, çünki ananı ata, atanı da ana əvəz etmir. Qızlarımın seçimi nə olsa, hörmətlə yanaşaram".
İfaçı keçmiş həyat yoldaşının onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib: "Mən övladlarımı da düşünürəm. Ataları haqqında baxmayaraq ki, narahatçılığımız olub, ayrılmışıq. Hər halda sivil ayrılmışıq, aramızda qalmaqal yaşanmayıb. Mən danışmaq istəmirəm. Çünki qızlarımı yaralamaq istəmirəm. Çox təəssüf ki, qarşı tərəf bunu anlamaq istəmir".
İfaçı şəxsi həyatında hər zaman sevgi olduğunu etiraf edib: "Xanımlar var ki, sevgisizlikdən əziyyət çəkirlər. Hər zaman ətrafımda diqqət, qayğı olub. Heç vaxt bunun yoxluğunu çəkməmişəm".
İfaçı Brilliant Dadaşovaya bənzəməsi haqqında da danışıb: "Allah yaradıb və özümdən asılı olmayaraq müəyyən oxşarlıqlar var".