Aparıcı Vüsalə Əlizadə vəfat edən qardaşı Əlihüseyn Əlizadədən danışaraq göz yaşı töküb.
Teleqraf.com xəbər verir ki, Vüsalə Əlizadə kədərini dilə gətirib: "İşinə görə uzaqda idi. Hər səhər oyananda düşünürəm ki, işdədir və günün birinci yarısı ondan xəbər tuta biləcəm".
Qeyd edək ki, aparıcının qardaşı Əlihüseyn Əlizadə Rafail Dövlət Sərhəd Xidmətinin zabiti olub. O, avtomobil qəzasında dünyasını dəyişib.