22 Noyabr 2021 15:52
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ən məşhur 5 aktyoru pandemiyadan sonra ilk dəfə eyni filmdə yer alıb.

Teleqraf.com xəbər verir ki, Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Məcid Hüseynov və Dilarə Əliyeva uzun fasilədən sonra “5 Betər” filmi üçün bir araya gəliblər.
İmkanlı şəxsin toyunda baş verənlərdən bəhs edən filmi 2 dekabrdan etibarən kinoteatrlarda izləyə bilərsiniz.

Qeyd edək ki, “3İ Cinema”nın ərsəyə gətirdiyi “5 Betər” filminin baş prodüseri İslam Ağayev, ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissoru isə Vüsal Hacıqədirdir.


Müəllif: Rəqsanə Həsənova