2 Fevral 2022 14:31
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xəyyam Nisanov Rusiyada fəaliyyət göstərən Nəvai Bəkirovun ifa zamanı Bakı şəhərini təhqir etməsinə sərt reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Xəyyam Nisanov Nəvai Bəkirovun ünvanına İnstaqram hesabında bu sözləri yazıb: "Bu, artıq mənim əsəblərimi qıcıqlandırdı, ona görə də yazmağa vadar oldum. Ay vətən xaini! Bizim analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni bu cür adlandırmaq olmaz. Bütün dünya bu videonu paylaşıb, sonra üzr istəmək, bu bəs edir ki?! Xeyr.

Bunu ilk öncə bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Və sənin kimi xainlər cavab verməlidir. Təklif edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, xalqımız bu fikrə dəstək olacaq".

Qeyd edək ki, azərbaycanlı repçi Nəvai Bəkirov məkanların birində mahnı oxuyarkən ölkəmiz haqqında qeyri-etik ifadə işlədib. Video sosial şəbəkələrdə yayılıb. Daha sonra Nəvai Bəkirov ifadəsinə görə üzr istəyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər