İfaçı Anar İsayev "Mənimsən" adlı yeni mahnı, klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, "Twist", "Rock’n’Roll" və "Rockabilly" janrlarının qarışığından ibarət bəstə canlı alətlər üzərində qurulub. Ekran işində 70-ci illərin ab-havasını saxlamaq üçün, məhz o illərə məxsus səsyazma cihazları, (gitara, klaviş, barban) istifadə edilib. Sənətçi fərqlilik yaratmaq üçün, klipində 70-ci illərə məxsus kostyum, ayaqqabılar geyinib.
Qeyd edək ki, Anar İsayev, bundan öncə "Covid"lə mübarizə zamanı həlak olan həkimlərə "Sən bağışla" adlı mahnı da həsr etmişdi.