"Bu dünyada mənim qədər kasıb insan yoxdur. Qəlbim böyükdür, zəngindir. Amma yaşam tərzi baxımdan kasıbam".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Şourum" verilişində yaxın günlərdə əməliyyat olunan müğənni Mətanət Əsədova deyib.
O, sənət dostlarının maddi yardım etməsindən də danışıb: "Bütün müqəddəratımı həll edən səsimdir. Səsimə bir şey olsa gedib kiminsə qapısında qab yuryardım, ev təmizləyərdim.
Sənət dostlarımdan Manaf Ağayevin yaxşılıq etmədiyi adam yoxdur. Zaur Baxşəliyev, Günay Baxşəliyeva mənə qarşı böyük jest edib".