6 May 2022 10:40
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zümrüd Bədəlovanın aparıcılıq etdiyi “Xəbər-ətər” verilişində Əhməd Cavadın nəvəsinə ünvanladığı sual tənqid atəşinə tutulub.

Teleqraf.com xəbər verir ki, tamaşçılar Zümrüd Bədəlovanı savadsızlıqda qınayıblar.

Aparıcı isə tənqidi fikirlərə “O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq. Kef edin, təki reklamınız getsin. Sizə nə qədər gülürəm. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdır”, - deyə cavab verib.

Qeyd edək ki, aparıcı ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramına Əhməd Cavadın nəvəsi Anar Axundzadəyə “Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. O, isə “Babam 37-ci ildə güllələnib”,-deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər