22 İyun 2022 09:05
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur stilist Anar Ağakişiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Anar bəy, yeni layihəyə başlayırsınız. Bu haqda məlumat verə bilərsinizmi?

- Bəli, çox maraqlı və partlayışa səbəb olan yeni layihəyə başlayırıq. Layihəmiz gözəlliklə bağlıdır və yutub kanalında yayımlanacaq. Sentyabrda isə verilişimiz başlayacaq.

- Verilişiniz yenidən Xəzər televiziyasında yayımlanacaq?

- Toğrul Məmmədov maraqlı layihə fikirləşib. Bu haqda sentyabrda məlumat verəcəm.

- Müğənni Roza Zərgərli ilə küsülülüyə son qoydunuz. İlk addımı kim atdı?

- Roza Zərgərli ilə barışmısınız deyəndə ki, Tolikin ad günündə yaxınlaşıb, mənə salam verdi. Onu geri qaytaraydım?! Təki mehribanlıq olsun. Həmişə sülhün tərəfdarıyam. Bəzi insanlarsa hamı ilə konflikt yaradır, qalmaqalı sevirlər.

- Yaxın günlərdə Rüfət İsmayılın Bakıda baş tutan kolleksiyasını izlədiniz. Fikrinizi bilmək istərdik.

- Rüfət İsmayılın kolleksiyasını izlədim və çox bəyəndim. Möhtəşəm idi. Bəyənmədiyim bir məqam var idi ki, model Günay Musayeva dəfilədə yorğun görsənirdi. Sanki yoldan gəlmişdi. Onu çox istəyirəm. Bir az gözümü yordu.

- Günay Musayeva ilə danışdınızmı?

- Xeyr, heç nə yazmadım. Amma dediyim kimi hiss edirdim ki, Günay Musayeva çox yoğrun görsənir.

- Türkiyəli məşhur müğənni Bülent Ersoyla stilisti kimi çalışırsınız. Onun ölkəmizdə konserti gözlənilirmi?

- Bəli, Bülent Ersoyun Bakıda konserti olacaq. Səhv etmirəmsə, konsert Bakı Konqres Mərkəzində baş tutacaq.

- Türk məşhurlarından Demet Akalın və Bülent Ersoydan başqa sizə müraciət edənlər varmı?

- Bəli, bir çox türk məşhurları mənə müraciət ediblər, amma onları bəzəməyə vaxtım yoxdur. Səhərdən telefonda yazırlar, bir türk məşhuru bəzəməliyəm, amma vaxt tapa bilmirəm. Gəlinlər məni məhv edəcəklər (gülür). Çox məşhur müğənni də var. Aktrisa da çox məşhurdur. Amma dediyim kimi alınmadı, vaxtım yoxdur. Ona görə bu mövsüm özümü toy mərasimlərinə həsr edirəm.

- Anar bəy, türkiyəli müğənni Gülşəni açıq-saçıq geyiminə görə çox tənqid edilər.

- Məncə, Gülşən xanım estetik görsənir. Ona necə rahatdır, elə geyinir. Neçənci əsrdə yaşayırıq?! Daş dövründə deyilik. Səhnə geyimi onda estetik və maraqlı görsənir.

- Yaxın günlərdə müğənni Damlanın Naxçıvanda konsertdə geyindiyi paltar tənqid atəşinə tutuldu. Onun geyimi haqqında nə deyə bilərsiniz?

- Geyimi normal idi... Deyə bilmərəm ki, bərbad idi. Ümumiyyətlə, Damla xanım son günlər fərqli geyinməyə çalışır. Amma əvvəlki ilə müqayisədə keçid dövrünü yaşayır, daha iddialı geyinməyə başlayıb. Bu da çox çətindir, çünki tamaşaçı onu başqa stildə görməyə alışıb.

- Ümumiyyətlə, Türkiyəyə köçmək fikriniz varmı?

- Türkiyəyə tez-tez gedib, gəlirəm, sadəcə toylarda tələbatım yüksək səviyyədədir. Amma müraciət edən aktrisanı bəzəmək istəyirdim. O, aktrisanı serialdan çox sevirəm. Əlacsız qaldım. Hətta Bülent Ersoy əsəbləşib, mesaj yazır ki, məni unutdun...

- Bəzi stilistlər ölkəmizə gələn məşhurları bəzəyirlər...

- Bakıya gələni bəzəmək başqa məsələdir. Onu buradan harasa aparırlar?! Axı, siz kimə lazımsınız? Özləri müğənniyə bəzəmək üçün pul verirlər, reklama görə...

- İşinizə mane olanlar çoxdur?

- Doludur... Bunu da bacarmırlar.






Müəllif: Rəqsanə Həsənova