1 Dekabr 2014 12:13
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Ramal Əsədzadənin səhhətində ciddi problem yaranıb. Bu barədə muğənninin özü Teleqraf.com-a xəbər verib.

R.Əsədzadənin sözlərinə görə, təxminən 2 həftə xəstəxanada qalıb müalicə olundum: “ Mədəmdə olan şiddətli spazma nəticəsində komaya düşmüşdüm. Sağ olsun həkimlərimiz. Məni həyata qatrardı. Artıq ölüm təhlükəsini atlatmışam. Müalicəm davam edir. İnşallah yaxın zamanlarda sağalıb yenidən səhnəyə qayıdacam”.

R.Əsədzadə onu da əlavə etdi ki, artıq neçə gündür ki, müğənninin dost-tanışları, həmkar yoldaşları, pərəstişkarları onun səhhətindən narahat olduqları üçün mütamadi onunla əlaqə saxlayırlar: “Göstərilən diqqətə görə hər birinizə minnətdaram.”

Biz də öz adımızdan müğənniyə Allahdan şəfa diləyirik. Tezliklə səhnəyə qayıdıb dinləyiciləri öz mahnıları ilə sevindirsin.


Müəllif:

Oxşar xəbərlər