Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib.
Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib:
"Atamın səhhəti yaxşı deyil, zəifdir, baş ağrıları var. Yemək yemir, iştahı yoxdur. Həkimləri sağ olsunlar, evə gəlib-gedirlər. Ev şəraitində müalicəsi davam edir. Yenidən Mərdəkanda 26 saylı Birləşmiş Şəhər xəstəxanasına aparmaq istəmirik. Sağ olsunlar, əllərində gələni etdilər. İndi boşuna orada yatızdırmağın mənası yoxdur. Ancaq portalın cavabını gözləyirik. EXO kardioqrafiya və MRT lazımdır".
Qeyd edək ki, 73 saylı xalq artisti koronavirusa yoluxmuşdu.