7 Dekabr 2014 00:30
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altı uşaq anası Ancelina Coli gözəlliyi və Hollivuddakı uğurları yanaşı insanlara qarşı həssaslığı ilə də tanınır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı ulduz bu dəfə Nyu Yorkda TV proqramına qatılarkən diqqətləri üzərinə toplayıb.

Belə ki, Con Stüartın aparcısı olduğu "The Daily Show" proqramına qonaq olan aktrisa studiyaya girməzdən əvvəl qapıda gözləyən pərəstişkarlarıyla uzun-uzun vaxt keçirib.

Bu zaman aktrisa onu gözləyən fanatlarından birinin halının pisləşdiyini görüb. Coli pərəstişkarının ayağa qalxmasını gözləmədən dərhal onun yanına gedib dizlərinin üzərinə çöküb. Aktrisa xatirə fotoşəkilini də özü çəkib.

Sonra da çəkdiyi şəkili pərəstişkarına göstərib və onunla bir müddət söhbət edib.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər