6 Oktyabr 2022 14:24
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Gülşənin ev həbsi qərarı ləğv edilib.

Teleqraf.com xəbər verir ki, ifaçı ən yaxın ərazidə yerləşən polis idarəsinə gedərək imza atmaq şərtilə ev dustaqlığından azad olunub.

Qeyd edək ki, Gülşənin konsertlərindən birində dediyi “İmam Xətibdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirmişdi.

Müğənni İmam Xətib liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılmış, daha sonra həbs edilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər