2 Noyabr 2022 16:06
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AzTV-də verilişim davam edir. Yalnız bu layihə bitdikdən sonra yenisini dəyərləndirə bilərəm”.

Bu sözləri Teleqraf.com-a aparıcı Kamilə Babayeva deyib.

O, gözəlliyinin sirrini daxili dünyasında gördüyünü açıqlayıb: “Paxıl deyiləm, həyatı sevirəm. Hər günümə şükür edirəm, hər kəsə bütün qəlbimlə xoşbəxtlik arzulayıram. Özümə nə arzu edirəmsə, istəyirəm, hər kəsdə onun min əvəzi olsun”.

“Qadın kimi xoşbəxstinizmi?” sualına cavabda aparıcı deyib:“Xoşbəxtlik elə bir məfhumdur ki, anlardan ibarətdir. Əgər şükürlüyəmsə, demək, xoşbəxtəm. Hər günümə şükür etməyi bacarıramsa, bu, Allahın böyük lütfidir ki, mənə verib”.

Kamilə Babyeva qızı Natelladan da danışıb: “Qızım dördüncü sinifdə oxuyur”.

Qeyd edək ki, Kamilə Babayeva AzTV-də yayımlanan “Görüş yeri” verilişinin aparıcısıdır.


Müəllif: Rəqsanə Həsənova