5 Dekabr 2022 12:40
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur modeli Özge Ulusoyun atası Heydər Ulusoy 73 yaşında Ankarada yol qəzasında dünyasını dəyişib.

Teleqraf.com-un xəbərinə görə, qəza Ankaranın Çankaya rayonunda baş verib.

Qəzada ağır yaralanan Heydər Ulusoy özəl xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Modelin atası bu gün İstanbulda torpağa tapşılacaq.


Müəllif: Rəqsanə Həsənova