Müğənni Aysun İsmayılova Azad Azərbaycan Televiziyasında həyat yoldaşı Eşqin Cəlilovla münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova bu sözləri deyib: “Hər ailədə söz-söhbət olur, elə bilirdim ki, problem yalnız bizdədir. Ailəni qoruyub saxlamaq çox çətindir. Xüsusilə, sənətçi üçün...
Çalışıram, əlimdən gələni edirəm ki, ailəmi qoruyum. Sənətimdə nəyəsə qadağa qoyulmayıb. Onsuz da o, ailə quranda görürdü ki, kiminlə ailə qurur. Mənim şükür Allaha, səhv hərəkətim olmayıb ki, mənə qadağa qoysun, bunu bir daha etmə. Düşünürəm ki, ailədə hər şeyi bir-birinlə məsləhətləşmək lazımdır.
Mən hər addımı atanda ailəmlə, həyat yoldaşımla və anamla məsləhət edərək addım atıram. Özbaşına deyiləm. Ona görə aramızda problem olmayıb.
Bizim münasibətimizdə tamamilə başqa problem var idi. Münasibətimizə müdaxilələr olurdu. İnşallah, bir daha olmaz".