2 Yanvar 2023 13:29
2 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində "Range Rover" markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, pul oğurlanan avtomobil tanınmış müğənni Nəfəsə məxsusdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər