21 Yanvar 2023 12:23
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Park Cinema Flame Towers”də Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə “Sevda mecburi istikamet” adlı türk filminin qala gecəsində iştirak edən məşhur türk aktyoru Selçuk Yöntem Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Selçuk bəy, Azərbaycana neçənci dəfə gəlirsiniz?

- Bakıya üçüncü dəfədir ki, gəlirəm. İlk dəfə 1992-ci ildə dövlət teatrında tamaşaya görə gəlmişdik. Sonra 2019-cu il və bu gün də "Sevda mecburi istikamet” filminin qala gecəsi üçün buradayıq.

- Üçüncü dəfə gəlişinizlə ölkəmizdə hansı dəyişiklikləri gördünüz?

- Təbii ki, 1990-cı ildən bu günə qədər Bakı çox dəyişib, çox gözəl və fərqlidir. Bakı mədəniyyəti, memarlığı, təmiz küçələri və insanlarıyla gözəl bir şəhərdir.

- "Sevda mecburi istikamet" filmində fərqli və təsirli bir mövzuya toxunulub. Film haqqında fikirləriniz?

- "Sevda mecburi istikamet" filmi Çağan Irmakın ssenarisi əsasında çəkilib. Ekran əsəri bir ailənin həyatından bəhs edir.
"Yeşilçam”ın uğurlu aktyorlarından olan Selimin karyera planı və ailəsinə etinasız münasibəti vurğulanır. Onun Suna adlı bir qızı var. Autizm diaqnozu qoyulan qızıyla təkrar bir araya gəlməsi üçün mübarizə aparmasından bəhs edir.

- Qarşıda nə kimi layihələriniz var?

- Hazırda dijital platforma üçün bir seriala çəkilirəm. Teatrda tamaşam var. “Sevda mecburi istikamet” filmini çəkdik. Bundan başqa nə edim... (gülür).

- Azərbaycanda "Aşk-ı Memnu" serialında canalandırdığınız "Adnan Ziyagil" obrazınız çox sevilir. Sizi ölkəmizdə necə qarşıladılar?

- Bakıya gəldiyimə görə çox xoşbəxtəm. Bakıda qardaş münasibəti görürəm. Xüsusilə buna görə də çox məmnunam.

- Dijital platformada yayımlanacaq "Aşk-ı Memnu" filmi çəkilir. Ekran əsəri haqda fikirlərinizi bilmək istərdik.

- "Aşk-ı Memnu" filminin çəkilməsindən xəbərim yoxdur. Ona görə də fikir bildirə bilmərəm. Mən özümün çəkildiyim "Aşk-ı Memnu" serialını izləyirəm.

- Filmdə aktrisa Farah Zeynep Abdullah "Bihter" obrazına həyat verəcək. Sizin oynadığınız "Adnan Ziyagil" obrazını kimin canlandırmasını istərdiniz?

- Bu haqda düşünməmişəm, yeni bir xəbərdir. Onların yolları açıq olsun. Amma biz işimizlə həqiqətən izləyicilərimiz arasında maraqlı bir dönüş yaratdıq. "Aşk-ı Memnu" serialı dünyanın 100 ölkəsində yayımlanıb. Ona görə də çəkildiyim serialdan məmnunam. Yeni "Aşk-ı Memnu" filmini isə maraqla gözləyirəm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər