Türk ifaçı Edisin 18 martda “Baku Crystall Hall”da keçirilməsi planlaşdırılan konsertinin vaxtı dəyişdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “iticket” platforması məlumat yayıb.
Bildirilir ki, sənətçinin şousu Türkiyədə baş verən fəlakətlə bağlı 6 may tarixinə keçirilib. Alınan biletlər növbəti tarixdə də keçərlidir.
Qeyd edək ki, tədbirdə KÖFN qrupu da səhnə alacaq. Konsertinə qısa zamanda 6 mindən çox bilet satılan Edis dünya turuna Bakıda başlayacaq. O, gecədə musiqiçiləri və rəqqasları ilə səhnəyə çıxacaq.
Tədbirə biletlər 45 manatdan başlayır.
Onu da bildirək ki, sənətçinin ilk Bakı konserti anşlaqla keçmiş, 2 gün baş tutan şouya 7 min adam qatılmışdı.