Müğənni Təranə Qumral “Amor mio” ifası ilə günlərdir tənqid hədəfi olan həyat yoldaşı Musa Musayevin müdafiəsinə qalxıb.
Teleqraf.com xəbər verir ki, Təranə Qumral İnstaqramda video paylaşaraq bu sözləri yazıb:
"Hürüb-hürüb dayandınız?! Sözüm atasını tanımayan, amma sosial şəbəkələrdə haqqımızda irəli-geri yazanlaradır. İt hürər karvan keçər. Qudurmağınızın nə zaman dayanacağını gözləyirəm. Narahat olmayın, quduzluq iynənizi də almışam, bu yaxınlarda vuracam iynənizi".
Qeyd edək ki, Musa Musayevin mahnının sözlərini düzgün oxumadığı üçün tənqid edilib.