Əməkdar artist Nigar Şabanova aparıcı Rövşanə Ağasəfqızı ilə qalmaqalından danışıb.
Əməkdar artist Teleqraf.com-a açıqlamasında Rövşanə Ağasəfqızı ilə münasibətinin olmadığını deyib: "Röya Ayxan məni müdafiə etdi və ona təşəkkür mesajı yazdım. Ümumiyyətlə, verilişdə baş verənlərlər bağlı heç nə danışmaq istəmirəm. Çünki mənim yerimə insanlar yetərincə fikirlərini bildiriblər, çox sağ sağ olsunlar. Şairə Nazilə Səfərli öz fikrini çəkinmədən, cəsarətli şəkildə dedi. Röya Ayxan da cəsarətli şəkildə şərh yazdı. Mənim nəsə deməyim artıq olacaq. Rövşanə xanımla heç vaxt münasibətim olmayıb. Bundan sonra da nə münasibətim ola bilər?! Bu haqda fikir bildirmək istəmirəm. Çox danışmağı sevmirəm".
Xalq artisti Röya Ayxan Olay.az-ın İnstaqram səhifəsində Nigar Şabanova haqqında bu sözləri yazıb: “Əlbəttə, Nigar xanım haqlıdır. Öz sənəti barədə. Amma Rövşanə xanım iki sənəti qarışdırdı. Onu da bir kənara qoyduq, öz sənətçisini əzdi. Nə deyim, vallah. Düzələn deyilik! O gərək deyərdi... Nə isə. Mən balaca idim, böyüdüm, amma siz yox”.
Şairə Nazilə Səfərli isə İnstaqramda video paylaşaraq "Rövşanə xanım xətrinizə dəyməsin, amma mənə elə gəlir ki, insan sizin verilişinizə gəlməmişdən əvvəl bir az düşünməlidir ki, gəlim, ya gəlməyim...”, - deyə vurğulayıb.
Qeyd edək ki, Rövşanə Ağasəfqızı aparıcılıq etdiyi “Space səhər” verilişində əməkdar artistə “Hülya Avşarın, Sibel Canın ailəsi maraqlıdır. Siz də məşhursunuz, hamıya maraqlısınız” replikasına Nigar Şabanova “Hülya Avşar mənim üçün heç kimdir. Səsimin, sənətimin yanında heç kimdir. O, nə böyük adamdır, sənəti nədir ki?", - deyə cavab verib.
Bundan sonra Şabanovanın canlı yayımda mikrofonu söndürülüb.