Müğənni Şəbnəm Tapdıq Arb televiziyasında yayımlanan "Elgizlə-izlə" verilişində şəxsi həyatından danışıb.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tapdıq ailə qurmamasının səbəbini açıqlayıb:
"Elə xanımlar var ki, alanı çoxdur, amma özü ailə qurmaq istəmir. O xarakter məndədir. İnstitut vaxtları hər kəsə "yox" deyirdim. Allahıma qurban olum. Bir qadın kimi öz ayaqlarımın üzərində dururam. Ailə qurmaması hərənin öz şəxsi işidir. Siz hansı sevgidən danışırsız? Bu qədər evlənənlər var, niyə ayrılırlar? Ümumiyyətlə, heç kimin ixtiyarı yoxdur kiməsə sual versin ki, sən niyə ərə getmirsən? Evim, maşımın var. Ərə getməyi nə edirəm? Kişi gəlib mənim əsəblərimlə oynasın. Hər kəs öz həyatını öz istəyi ilə qurur. Elə bir ata-ananın övladı olmuşam, çox gözəl taleyim olub. Valideynlərim dünyasını dəyişəndə özümə yer tapmırdım, özümü öldürmək...Heç vaxt öz taleyimi kiminsə ovucuna qoya bilmərəm. İndi ailə qurmamağımın səbəbini bildiniz?".