Müğəni İradə İbrahimova Arb televiziyasında yayımlanan "Söhbət var" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, İradə İbrahimova bu sözləri deyib: "Qayınanam həyat yoldaşıma deyib ki, get, İradənin bacısını al, İradəni yox. Özünü bədbəxt etmə, o, qız səhnənin tozunu udub. Bunu qayınanam özü etiraf edir. Deyir ki, İradə, mən qorxdum. Bilmirdim ki, belə bir gəlin gələcək.
Sonradan fikrini tamamilə dəyişdi. Baxdı ki, mən ailəyə uyğunlaşmağa çalışıram. Bəlkə kimin üçünsə gülünc gələcək, amma mən qayınatamın çayı bitdisə, həmin dəqiqə yenisini gətirirdim. Bunları mənə anam öyrətməyib. Çay bitdisə, gətir, yaxud boşqab varsa, onu götür. Yəqin anamı izləmişəm və onu nümunə götürmüşəm. Demək istədiyim odur ki, çox böyük fədakarlıqlar etmişəm. Hələ də başıma and içirlər. Heç kim bu fədakarlığı edə bilməzdi".
Qeyd edək ki, İradə İbrahimova türk iş adamı Ceyhun İzərlə ailə qurub. Cütlüyün iki övladı var.