31 May 2023 12:34
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O vaxt səhv etdim, "Savaşçı" serialından ayrıldım. Elə bildim ki, burada lazımam, öz vətənimin mədəniyyətinə xidmət eləməyə imkan yaradacaqlar".

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə rejissor Kənan M.M yazıb:

"Bilmədim ki, mən gələnə qədər büdcəni yeyəcəklər, televiziya kanalları mənə serialın bir bölümünü iki min manata çəkməyimi istəyəcəklər, kanallar yalnız öz və istedadsız adamlarına dəstək olacaqlar, ögey rejissor kimi davranacaqlar. Hələ də çox şeyi bilmirəm.

Amma bir şeyi dəqiq bilirəm, heç vaxt yaltaq olmayacam. Bu arada bütün mədəniyyət işçilərinə səslənirəm, nə qədər gec deyil, canınızı bu sənətdən qurtarın, "TikTok" platformasına daxil olun".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər