30 İyun 2023 18:36
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mənsum İbrahimov şəhid qardaşı oğlu İsrafil İbrahimovun məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Mənsum İbrahimov İsrafil İbrahimovun məzarından sosial media hesabında paylaşım edərək
"Bu gün Ağdam şəhidlərini ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə bildirib.

Qeyd edək ki, İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. O, Ağdamda dəfn edilib.


Müəllif: Rəqsanə Həsənova