23 Avqust 2023 13:27
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oğlumun vəziyyəti ortadır. Bu gün və ya sabah xəstəxananın reanimasiya şöbəsindən palataya köçürüləcək".

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin atası, nevropatoloq Nafiz Mütəllimov oğlunun səhhətindən danışarkən deyib: "Özünü yaxşı hiss etmir, ağrıları, psixoloji vəziyyəti, tramvası...Dostunu itirən insan necə olar?! Qolu o vəziyyətdə, qabırğası, burnu sınıb. Yuxusu və iştahı yoxdur. Sağ qolunun amputasiya edilməsini çox pis qarşıladı. Hadisədir... Dostunun ölümü haqqında bir-iki gün əvvəl bildi və çox pis vəziyyətə düşdü. Bu haqda hardansa eşitmişdi".

Qeyd edək ki, Nicat Şakirli avtomobil qəzası keçirib. Qəza nəticəsində onun dostu Ruslan Məmmədov vəfat edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər