Xalq artisti Aygün Kazımova Türkiyədə yaradıcılıq fəaliyyətini uğurla davam edir.
Bundan əlavə müğənninin illər öncə ifa etdiyi mahnıları 3 albom formasında "iTunes" rəqəmsal musiqi satışı ilə məşğul olan şəbəkəyə yerləşdirilib. Mahnıları yerləşdirən isə “Süper Müzik Yapım” şirkətidir.
Aygün Kazımovanın illər əvvəl ifa etdiyi hitləri tək-tək 1 dollara, və ya, albom formasında 11 dollara əldə etmək mümkündür.