"Dost kimi dostam, zarafatım da yerində... Səidə Sultanın toy mərasiminə gedəndə hamı şoka düşdü. Düşündüm ki, axı, Səidə Sultanla problemim yoxdur. Onun ailəsi ilə dostluq münasibətim var. Məni onu ailəsi dəvət edib. Düzdür, özü də toy mərasiminə dəvət etdi, amma mən bacımın bacısının toy mərasiminə getmişəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan "Həmin Zaur" verilişində bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Səidə Sultan haqqında danışarkən deyib.
Xalq artisti ulduz həyatı yaşamasından da danışıb: "Ulduz həyatı yaşayıram. Məsələn, mən kiminsə evinə qonaq getmirəm. Evdə köməkçilərim çoxdur. Mən gözəl yaşayıram. Mənə zəng etmək üçün Kənan Bayramova zəng etmək lazımdır. Ümumiyyətlə, 37 işçim var".