“Bacım Aygün Abdullayeva üç evimizi və torpaqlarımızı mənimsəyib. Hazırda mənimlə danışmır. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışığa getdim. Dedim, mənə bir daxma lazımdır, orada qalım. Amma onlar məni təhqir etdilər. Mənim Rövşən adında bir qardaşım da var. Onunla danışıram. Bütün bu problemlərin başında bacım dayanır. Onun həyat yoldaşı vəzifəli adamdır”.
Teleqraf.com xəbr verir ki, bu sözləri mərhum əməkdar artist, xanəndə Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd Abdullayev “Bizimləsən” verilişində deyib:
“Bu gün atamın evi ola-ola küçədə qalmışam. Atam mənə deyirdi ki, sən bacının həyat yoldaşını vurmusan. Pencəyini götür, evi də onlara ver, çıx oradan. Mən də elə etdim. O evin qiyməti 200 min manatdır. Atam sonra dedi ki, cənab prezidentin bağışladığı, şəhərin mərkəzində yerləşən evi sənə verəcəm. Digər ev Yasamal rayonunda yerləşir, həyət evidir. Amma həmin evin satılıb və ya kirayə verildiyindən xəbərim yoxdur.
Məni atamın vəfatından qırx gün sonra oradan çıxardılar və getməyə qadağa qoydular. Dədə Süleyman özü o evdə yaşayırdı. Mən o evin həyətindəki ağacları əkib, sulayıb, belləmişəm. O evə gedib, atamın iyini almaq istəyirəm. Lakin evin açarını məndən aldıqlarına görə gedə bilmirəm.
Sonra bacımın həyat yoldaşını bıçaqladığıma görə həbsə düşdüm. Bacım Aygün məni məcburən psixiatriya xəstəxanasına yerləşdirdi. Bacım xəstəxanaya zəng vurub dedi ki, özünü normal aparmır. Ondan pul və ev istəmişdim. Mənə böhtan atdılar ki, guya onları təhqir etmişəm.
Kürdəxanada həbsdə olanda bacım ağlayaraq zəng edib cənab prezidentin atama bağışladığı evin etibarnaməsini istədi. Bildirdi ki, “atama zəng vur, ondan həmin evin etibarnaməsini mənə verməsini istə. Yaşlı kişidir, hamıya ev bağışlayır. Birdən bu evi də kiməsə verər”. Atam Dədə Süleyman bacımı 20 il danışdırmayıb. Çünki həyat yoldaşına qoşulub qaçmışdı. Bacımın həyat yoldaşı bələdiyyə sədridir. Bu evi ələ keçirməsi harınlaması ilə əlaqədardır”.
Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 83 yaşında vəfat edib.