22 Noyabr 2023 13:13
2 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, xalq yazıçısı Çingiz Abdullayev “Xəbərin olsun” verilişinin canlı yayımında əsərlərinə ünvanlanan təhqiramiz fikirlərə münasibət bildirib.

Çingiz Abdullayev Teleqraf.com-a açıqlamasında aparıcının barəsində söylədiyi fikirlərlə bağlı hüquq müstəvisində mübarizə aparacağını bildirib.

“Aparıcı öz səviyyəsini göstərib. Məhkəməyə müraciət edəcəyəm. Xüsusi ittiham qaydasında şikayət hazırlayırıq. Məsələ hüquq müstəvisində həll olunacaq. Daha bu haqda danışmağa utanıram, iyrənirəm”, - xalq yazıçısı qeyd edib.

Qeyd edək ki, 13 noyabr 2023-cü il tarixində saat 07.30–10.00 arası yayımlanan “Xəbərin olsun” proqramında aparıcı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərinə "zir-zibil" deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər