5 Dekabr 2023 17:34
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova MTV Azərbaycan kanalında yayımlanan "10-da görüşək" verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova müğənni Səidə Sultanın onu toy mərasiminə dəvət etməməsinin səbəbini açıqlayıb: "Səidə Sultanla münasibətimiz yoxdur. Mən onu toy mərasimimə dəvət etməmişəm, onun da dəvət etməməsi normaldır. Artıq 18 ildir ailə qurmuşam".

Elnarə Xəlilova "W-Trio"nun keçmiş üzvləri xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə münasibətindən danışıb: "Məni görəndə "W-Trio" qrupunun keçmiş üzvlərinin yada düşməsi normaldı. Onları da görəndə mən yada düşürəm. Evlərinə dəvət etsələr gedərəm. Mən xeyir-şərdən qalan adam deyiləm. Həmişə dəvət olunan yerə getməyə çalışıram. Əhvalımı korlaya biləsi hansısa hadisə baş verməsə, əlbəttə, gedərəm. Hələ ki belə bir münasibət olmayıb. Səbəbini bilmirəm.

Mənim başım çox qarışıqdır, əminəm ki, hər kəsdə bu belədir. Qayğılarım var, evdə dörd uşaq, tələbələr, layihələrim və sair. Dəfələrlə tədbirlərdə onlarla üzbəüz gəlmişik, hal-əhval soruşmuşuq. Bir süfrə arxasında çörək də kəsmişik. Biz düşmənik?"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər