Amerikada yaşayan türkiyəli tanınmış aktrisa Meltem Cumbul İstanbula gəlib.
Teleqraf.com xəbər verir ki, buna səbəb aktrisanın Mahsun Kırmızıgülün rejissorluğu ilə çəkiləcək "Güzel atlar diyarı" serialının heyətinə qatılması olub. Serial "Kanal D" televiziyasında yayımlanacaq.
"Güzel atlar diyarı"nın çəkilişləri İstanbul, Diyarbəkir, Qaradəniz və Kapadokyada baş tutacaq.
Serialda baş rolları Halil Ergün və Meltem Cumbul canlandıracaq. Serialın ssenarisi Feraye Şahinə aiddir.