12 Dekabr 2023 16:56
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur geyim markası olan "Zara" boykot çağırışları ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, buna səbəb model Kristen MkMenaminin iştirakı ilə çəkilən “Zara” brendinin reklam kampaniyası olub.

Sosial şəbəkə istifadəçiləri fotosessiyadakı dekorun Qəzza zolağında baş verənləri xatırlatdığını iddia ediblər.

Kampaniyada istifadə edilən dekorasiyalar Fələstin xəritəsi, tabut və kəfənə bənzədilib.

Ağ torbalara sarılan cansız modellərin görüntülərinin İsrailin hücumu altındakı Qəzzaya bənzədiyi irəli sürülüb.

"Zara” şirkətinin isə rəsmi İnstaqram hesabında fotossesiyanın Qəzza hadisələrindən əvvəl çəkilidiyi bildirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər