Müğənni Nura Suri ATV kanalında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nura Suri ailəsini sosial şəbəkədə tənqid edənləri hüquq-mühafizə orqanlarına şikayət etdiyini açıqlayıb:
"Daxili İşlər Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə minnətdarlığımı bildirirəm. Amma kim şərh yazırsa, onlayn şəkildə Daxili İşlər Nazirliyinin səhifəsinə şikayət edirəm. İşə anında Bakı Şəhər Baş Polis İdarəsi baxır. Bir günün içində həmin şəxs tapılır. Hətta bir neçə insanın də məhkəməsi olub və cəzalanıblar. Mənim ailəmə, uşağıma aid tərbiyəsiz şərh yazırlarsa, mən onlarla mübarizə aparıram. Düşünürəm ki, tək deyiləm. Məndən sonra bir çox insanlar da tənqidi şərh yazanları şikayət etdilər".