7 Yanvar 17:59
2 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcılar Zaur və Günay Baxşəliyevlərin ATV-də fəaliyyətinə son qoyması ilə bağlı xəbər yayılıb.

ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Teleqraf.com-a açıqlamasında xəbəri təkzib edib:

"Mənbəyi bilinməyən məlumatlara inanmaq olmaz. Qondarma xəbəri "ATV-nin məsul şəxsi" adından yayıblar. Bu, dələduzluqdur. Zaur Baxşəliyev ATV telekanalında 20 ildən çoxdur ki, çalışır və yüksək istedadı, savadı, televiziya təcrübəsi, əmək intizamı ilə seçilir. Onu tanıyanlar bilirlər ki, yayım fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik olsa, o, ilk növbədə öz kollektivi, həmkarları və telekanalın rəhbərliyi ilə bölüşər. Zaur və Günay Baxşəliyevalar uzun illərdir geniş tamaşaçı auditoriyasını maraqlı, aktual və sevilən verilişlərlə sevindirirlər".

Qeyd edək ki, Zaur Baxşəliyev "Zaurla Günaydın" və "Bizimləsən" verilişinin aparıcısıdır.


Müəllif: Teleqraf.com