22 Yanvar 2015 15:40
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli futbolçu Caner Erkinin xanımı Asena Erkinə hədiyyə etdiyi bahalı avtomobil əzilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Asena ötən gün “Lamborghini” Huracan avtomobili ilə Arnavutköy Atlas Balıqdaki ad günü yığıncağına qatılıb.

Yoldan keçən avtomobil 1.8 milyon lirəlik (təxminən 630 min manat) “Lamborghini”niyə dəyərək sağ tərəfinə ciddi ziyan vurub.

Yaranan mübahisəni hadisə yerinə gələn polislər sakitləşdirib. Təhlükəsizlik qüvvələri sürücünü polis bölməsinə aparıb.

Hadisə sonrası "Cana gələcəyinə mala gəlsin" deyən Asena Erkin taksiylə evinə qayıdıb.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif: