Məşhur aparıcı Zaur Baxşəliyev səhhəti ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev sosial media hesabında bu sözləri qeyd edib:
"Dünən çox narahat idim. Səhhətimdəki problemlə bağlı verilişi dayandırmaq məcburiyyətində qaldım. Gördüm ki, təzyiqim o qədər yüksəlib proqramı aparmağım mümkün deyil. Bu gün yenidən sizinlə bərabər olacağıq. Dünən sadəcə yarımçıq dayandırmaq məcburiyyətində idim. Diqqətinizə, sevginizə, dualarınıza görə çox sağolun. Sevən-sevməyən hər kəsə minnətdaram. Allah heç kimi sağlamlığı ilə sınağa çəkməsin".
Qeyd edək ki, ötən gün Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişində səhhəti pisləşib və verilişin yayımı yarımçıq dayandırılmışdı.