29 Yanvar 2015 14:25
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı aktyor, daha çox "Mister Bin" obrazı ilə tanınan Rouen Atkinson bahalı avtomobillər kolleksiyasından olan McLaren F1 GTR-i satışa çıxarıb.

Teleqraf.com xəbər verir ki, avtomobilin ilkin satış qiyməti 10 milyon funt-sterlinqdir. McLaren F1 GTR modelinin maksimal sürəti 380 km/saatdır. 10 illik istismar zamanı avtomobil təqribən 41 min kilometr qət edib. R.Atkinson bu maşından alış-verişə yollanmaq və övladlarını məktəbə aparmaq üçün istifadə edib.

Aktyor bu maşının sükanı arxasında 2 dəfə qəzaya düşüb. 1999-cu ildə maşının kapotu qəzada tamamən dağıldığı üçün təmirə 100 min funt xərclənmişdi. 2011-ci ilin avqustunda isə aktyor bu maşında ağır qəzaya düşüb. Təmirə bir il vaxt və 1 milyon funt-sterlinq xərclənib. Rouen Atkisonun qarajında 13 superkar var.

Teleqraf.com avtomobilin fotolarını təqdim edir :

Rüstəm


Müəllif: