25 May 16:51
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlhamə Quliyeva Orxan Nadirovun həyatını məhv edib. Orxan orta məktəbdə əlaçı olub. İlhamə Quliyeva onu ali məktəbdən qovdurub. İki şirkətdə çalışırdı, zəng edib qovdurdu. Deyirdi ki, əli pula çatsa, məni atacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu "Səni axtarıram" verilişində mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğa götürdüyü və itkin düşən Orxan Nadirovdan danışarkən deyib:

"Orxanın doğma anası Lalə xanım müəllimədir, heç kim indiyənə kimi onu efirdə görməyib. Gecəni yatmayıb. Onun bir xəstə övladı var. İlhaməni atın kənara, yoxdur".

Qeyd edək ki, Orxanın anası Lalə xanım Orxanın 2023-cü ilin sentyabrından itkin düşdüyünü bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər