Aparıcı Xoşqədəm Hidayətqızı mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovla bağlı yeni faktları açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində bu sözləri deyib:
“Türkiyədən zəng gəldi və düzünü deyim, telefon zəngi məni çox təəccübləndirdi. Hətta zəngdən şoka düşdüm deyə bilərəm. Mənə bu oğlanın özü-özünü itirdiyini, borclu olduğu şəxslərdən qaçıb gizləndiyini, anasının məqsədli şəkildə bu məsələni ictimailəşdirib o borclardan canını qurtarmaq istədiyini deyənlər də var.
Mənim isə bildiyim bir şey var, deyilənlər doğru olsa belə, Orxan Nadirovu tapıb üzə çıxarmaq lazımdır. Aldığım məlumata görə, Orxan Türkiyədədir və onu görüblər. Bəlkə həqiqətən bu qadın düşündüyümüz kimi məzlum, məsum, hamı tərəfindən əzilən qadındır. Bunu qaldıra bilmir. Digər tərəfdən düşünürəm ki, nə vaxtsa mənim oğlumun bir gün bu vəziyyəti yaşayarsa, nə qonşu, nə qohum, nə də məktəbdəki müəllimlərini düşünə bilmərəm. Açıq deyirəm ki, mən Lalə xanımı (Orxanın anası-red.) efirə yalvara-yalvara çıxarıram.
Məktəbdə işləyən hər kəs insandır və Lalə xanımı başa düşərlər. Bu gün "Səni axtarıram" kamandası Orxan üçün hər şeyi edib. Bundan sonrakı proseslərdə bizə ana lazımdır. Az qala hər gün ona yalvarıram ki, ay xanım, efirə çıxın, gəlin siz müraciət etməlisiniz. Yalan-gerçək oğlunun Türkiyəyə uçduğu məlum olub. Bunu öyrənməliyəm. Ana olmadan gedib nəyisə öyrənə bilərəm? Xeyr, mən kiməm ki? Türkiyədən bu xəbəri öyrənmək üçün biz kifayət etmirik”.