"Mən Nizami Rəmzinin ilk evliliyindən ikinci qızıyam. Böyük bacımın adı İlhamədir. Atamın anama olan sevgisini bütün el-aləm danışırdı. Biz özümüz də bilməzdik ki, bir-birini sevən insanlar ayrıla bilərlər".
Teleqraf.com xəbər verir ki, bu sözləri meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan Baxşıyeva "Astar" yutub layihəsində deyib:
"Məni nənəm böyüdüb. 8 aylıq olanda atamla-anam ayrılıblar. İnsan nə olur-olsun atasını axtarır. Mən nənəmlə yaşadığım üçün həmişə atamı görürdüm. İnsan böyüdükcə düşünür ki, niyə valideynlərimiz ayrıldı? Bir yerdə yaşaya bilərdik. Atamın başqa ailəsi var idi, amma heç vaxt ona sevgim azalmadı. Onu sevməmək mümkün deyildi".
Mərhum meyxanaçının qızı deyib ki, atasının üç dəfə evlənməsinə görə çox problem yaşayıb: "Məni məktəb illərində çox incidirdilər. İnsanlar acımasızdır. Atamın ailəsinə görə məni əzməyə çalışırdılar. Bu isə mənə rişxənd edənlərin öz başlarına gəldi.
Atam o biri evliliyindən olan övladlarını da bir araya gətirməyi xoşlayırdı. Atam harasa gedəndə mütləq qadınlar onunla tanış olmağa cəhd göstərirdiləri".
Qeyd edək ki, Nizami Rəmzi üç dəfə evli olub.