20 İyun 12:18
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Elşən Orucov "Söhbət var" verilişində xalq artisti Röya Ayxanla münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Elşən Orucov xalq artisti haqqında bu sözləri deyib: "Röya Ayxan mənim üçün əziz insandır. İndiyə qədər bilmir ki, mən harada yaşayıram, hələ də deyir ki, mən Biləcəridə yaşayıram. Mən orada yaşamamışam, Masazırda yaşamışam. Röya xanımla 10 ildən çoxdur ki, dostluq edirik, tez-tez görüşə bilməsək də... Arada məni telefonda qara siyahıya atır, görüşəndə isə öpür-qucaqlayır, yadına düşmür ki, münasibətimiz yaxşı deyil. Bir müğənni kimi xalqımız onun dəyərini verib. Mən isə bir dost kimi onu tanımağıma şadam! Nə yaxşı ki, həyatımda var. Səni sevirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər